“SEHRLİ ALMANIN SORAGINDA” ADLI ƏYLƏNCƏLİ VİKTORİNA KEÇİRİLDİ

Bu gun məktəbimizdə biologiyadan “Sehrli almanın soragında” adlı əyləncəli viktorina keçirildi. Viktorinada məktəbimizin altıncı sinif şagirdləri istirak edirdilər. Uşaqlar küpəgirən qarı tərəfindən oğurlanan almanı axtarmaq üçün yola çixırlar. Bu axtarış zamanı şagirdlər bitkilər, heyvanlar, bakteriyalar və göbələklər aləmindən olan biliklərini nümayiş etdirdilər. Nəhayət ki, alma 6c sinfinin şagirdləri tərəfindən tapıldı. Almanı tapan sinif mükafatlandırıldı. Tədbirdə Təhsilə yardım mərkəzinin əməkdaşı Tahirə xanım çıxış edərək uşaqları təbrik etdi.