Qarabağa gedən yol

Noyabrın 6-da 8 Noyabr - Zəfər Günü münasibəti ilə vətən uğrunda canını qurban vermiş şəhidlərimizin adını əbədiləşdirmək, şagirdlərdə qəhrəmanlıq və vətənpərvərlik hissini aşılamaq məqsədi ilə məktəbimizdə həyata keçirilən "Unutmarıq-Unutdurmarıq" layihəsi çərçivəsində məktəbin məzunu olan şəhid Allahverdiyev Allahverdinin fəxrlə adını daşıyan 4 “Ç” sinif şagirdlərinin iştirakı ilə "Qarabağa gedən yol" adlı tədbir keçiridi. Tədbirdə şəhidin ailə üzvləri, şəhid Səbuhi Əsədovun və şəhid İsrail Cəfərzadənin anası iştirak ediblər. Sinif müəllimi Sehranə Əliyevanın təşkilatçılığı ilə hazırlanan tədbirdə şagirdər şəhidin həyat yoluna nəzər salıb keçdiyi qəhrəmanlığından danışdılar. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Xuraman Osmanova xalqımızın qəhrəman oğullarından və onların bizə yaşatdığı zəfər sevincindən danışdı.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.