“Bədən tərbiyəsi və idman günü” münasibətilə “Stolüstü Tennis” turniri təşkil olundu

Hər il 5 mart Azərbaycanda bədən tərbiyəsi və idman günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyev məhz 5 mart, 1995-ci il tarixində dünya və Avropa çempionatlarının bütün mükafatçılarını bir araya toplayaraq, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymaqla İdman Fondunu təsis etmişdi. Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq, sağlam, savadlı, vətənpərvər gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Məhz bundan qaynaqlanaraq 4 mart, 2005-ci ildə Azərbaycan prezidenti cənab İlham Əliyev 5 mart tarixinin Azərbaycanda bədən tərbiyəsi və idman günü kimi təsis edilməsi haqqında sərəncam imzalayıb. 03 mart 2017-ci il tarixində məktəbimizdə “Bədən tərbiyəsi və idman günü” münasibətilə “Stolüstü Tennis” turniri təşkil olunmuşdur.Olimpiya sistemi üzrə keçirilmiş turnirdə oğlan və qızlar arasında şəxsi növdə 22 nəfər idmançı iştirak etmişdir. Turnirdə oğlanlar arasında Rüstəm Hacılı I yeri, Rəvan Abbasov II yeri, Məhəmməd Məlikov III yeri, qızlar arasında isə Günel Hacıyeva I yeri, Ədilə Rza II yeri, Sürayə Quliyeva III yeri qazanmışlar.