WE LEARN ENGLISH

13 mayda məktəbimizdə “WE LEARN ENGLISH” adlı tədbir keçirildi. Tədbirdə müxtəlif siniflərdən olan şagirdlər iştirak edirdi.Tədbir ingilis dilində Azərbaycan haqqında təqdimatla başladı. Şagirdlər tərəfindən ingilis dilində ifa olunan mahnı şeir və rəqslər tamaşaçılar tərəfindən alqışlandı. “Cırcırama və qarışqa” , “ Tıq-tıq xanım” kimi nagılların balaca məktəblilər tərəfindən ingilis dilində səhnələşdirilməsi tamaşaçıların xüsusi marağına səbəb oldu. Tədbirin sonunda məktəbin təlim-tərbiyə işləri üzrə müavini Rzayeva Səadət və məktəb fənn metodbirləşmə sədri Sima Həsənova tədbir haqqında fikirlər söylədilər. Sima Həsənova bildirdi ki, tədbirin keçirilməsində məqsədimiz şagirdlərin ingilis dilində danışıq bacarıqlarının nümayiş etdirmək idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi