“XOCALI -XALQIMIZIN QAN YADDAŞI ” adlı ədəbi-bədii kompozisiyadan ibarət gecə keçirildi

Xocalı faciəsinin 25-ci ildönümü münasibəti ilə məktəbdə “Xocalı-xalqımızın qan yaddaşı ” adlı ədəbi-bədii kompozisiyadan ibarət gecə keçirildi. Gecədə çıxış edən şagirdlər xocalıların o dəhşətli gecədə yaşadıqlarını səhnələşdirərək tamaşaçıları qəhərə boğdular. Hər kəs o dəhşətli gecəni bir daha yaşadı. Şagirdlər bu faciəni heç vaxt unutmayacaqlarına və Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmaq üçün əllərindən gələni edəcəklərinə söz verdilər. Gecənin sonunda məktəbimizin direktoru İlqar Talıbov Xocalı hadisəsini tariximizin faciəli səhifəsi, eyni zamanda vətənpərvərlik, qəhrəmanlıq rəmzi kimi qiymətləndirib bildirdi : "Xocalı sakinləri bütün çətinliklərə baxmayaraq, son anadək öz yurd-yuvalarını tərk etmədilər, yüzlərlə insan şəhid oldu. İllər keçsə də, xalqımız bu günü daim xatırlayacaq, unutmayacaq. Xocalı faciəsinin bütün bəşəriyyətə, insanlığa qarşı amansız cinayət olduğunu, tariximizin qan yaddaşına həkk olunmuş bu səhifənin nəsildən-nəslə çatdırılmasının vacibliyini vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi