“XOCALISIZ 25 İL” MÖVZUSUNDA SƏRGİ KEÇİRİLDİ

Məktəbimizin foyelərində "Xocalısız 25 il" mövzusunda sərgilər təşkil olundu. Sərgilərdə Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı, ibtidai sinif şagirdlərinin çəkdikləri rəsmlərlə bərabər, yuxarı sinif şagirdlərinin soyqırımla bağlı hazırladıqları divar qəzetləri, foto-stendlər, rəsmlər, “Xocalıların kədəri və ümidi” mövzusunda esse və inşa nümunələri də nümayiş etdirildi. Məktəblilər bu faciəyə öz baxışlarını, münasibətlərini çəkdikləri rəsmlərlə bildirdilər. Xocalı soyqırımını tanıtmaq, bu tarixi gerçəyi dünyaya çatdırmaq hər birimizin vətəndaşlıq borcumuzdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi