“Sabahın alimləri” VI Respublika Müsabiqəsinə yekun vuruldu

“Sabahın alimləri” VI Respublika müsabiqəsinə yekun vuruldu. Fevralın 17-də “Sabahın alimləri” VI Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Təhsil nazirinin müavini Ceyhun Bayramov gənclərin elmi potensialının inkişaf etdirilməsi məqsədilə keçirilən “Sabahın alimləri” müsabiqəsinə bu il təqdim edilən layihələrin daha innovativ və yaradıcı olduğunu bildirib. Nazir müavini şagirdlərin elmi yaradıcılığı, onların tədqiqat aparması baxımından elm və təhsil müəssisələri arasında əməkdaşlığın yaradılmasının əhəmiyyətini vurğulayıb.Müsabiqədə məktəbimizin iki şagirdi 10A sinif şagirdi Məhəmməd Hacıyev “Ekologiya, ətraf mühitin idarə olunması” kateqoriyasında “Alternativ enerji mənbələrindən istifadə ilə ətraf mühitin qorunması” layihəsi ilə, 10c sinif şagirdi Aydan Heydərli “Tibb və sağlamlıq” kateqoriyasında “Yaş həddindən asılı olaraq emosional həssaslığın dəyişməsi” layihəsi ilə iştirak etmişdilər. Şagrdlərimizin layihələri münsiflərdə maraq yaratmışdı. Mükafatlandırma mərasimində hər iki şagirdimiz sertifikatkatlarla təltif edilmişdir. Məhəmməd Hacıyev Amerikanın Meterologiya Cəmiyyətinin “Görkəmli nailiyyətlər” sertifikatına layıq görülmüşdü. Şagirdlərimizi və Sabahımızın alimlərini yetişdirən müəllimlərimiz-Səyalı Əliyeva və Afət Həsənovaya isə IX və X sinif şagirdləri arasında keçirilən “Sabahın alimləri” VI Respublika Müsabiqəsinin Təlim Akademiyasında iştirakına görə sertifikat verilmişdir. Müəllim və şagirdlərimizi təbrik edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi