Nizami rayonunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü qeyd edildi

13 fevral 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibətilə tədbir keçirildi.Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradıldığı gündən gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, çağırışçıların həqiqi xidmətə yola salınması və səfərbərlik hazırlığı təlimlərində Rayon İcra Hakimiyyəti ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıraraq, Dövlət Xidmətinin bu istiqamətdə gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd etdi. A.Qasımov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bütün əməkdaşlarını 5 illik yubiley münasibətilə təbrik etdi, onlara şərəfli işlərində uğurlar arzuladı.Tədbirdə iştirak edən Qəhrəman muəllim ölkədə gənclərin vətənpərvər, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmasına, xalqımızda Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda canından keçməyə hazır olmaq hisslərinin formalaşdırılmasına çox böyük diqqət verildiyini söylədilÇıxışlardan sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin bir qrup əməkdaşı, eləcə də məktəbimizin muəllimi, Qarabağ müharibəsi veteranı Qəhrəman Qasımov da mükafatlandırıldı. Tədbir Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” vokal qrupu və məktəbimizin 8-ci sinif şagirdi Zeynalabdin Bağırzadənin vətənpərlik mövzusunda söylədiyi şeirlə sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi