SAF 2023 "STEAM Azerbaijan Festival"

    

    SAF 2023 "STEAM Azerbaijan Festival" 2019-2020-ci tədris ilindən start götürüb. Təshil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində ölkənin və dünyanın təhsilalanları üçün bu il üçüncü dəfə keçirilib.

    STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

STEAM layihəsi Respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrətmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.

    SAF-ın məqsədi müxtəlif ideyaların reallaşdırılması, fərqli həll yollarının araşdırılması, istedadlı şagirdlərin üzə çıxarılması, biliklərin və bacarıqların qazanılması, təhsilalanların yeni əməkdaşlıqları üçün şərait yaratmaqdır. Beynəlxalq səviyyədə təşkil olunan SAF 2023 ümumilikdə 14 yarış və 1 sərgi kateqoriyası üzrə keçirilir. Yarışlarda komanda fəaliyyətinin qiymətləndirilməsi məqsədilə İngiltərə, Norveç, Slovakiya, Bolqarıstan, Danimarka, Çex Respublikası və Türkiyədən mütəxəssislər münsif olaraq dəvət edilibilib.

Festivalda dünyanın müxtəlif ölkələrindən 159 əcnəbi şagird ölkəmizdə səfərdə olub. İştirakçılar arasında 27 komanda 1-ci, 73 komanda 2-ci, 67 komanda 3-cü yerə layiq görüldü. Xüsusi nominasiyalar üzrə isə 101 komanda qalib oldu.

    4 - 8 dekabr 2023-cü il tarixlərində keçirilən SAF 2023 – festivalında məktəbin şagirdləri Ayxan Xəlilov və Azər Binnətov mentor müəllim Bahar Quliyevanın rəhbərliyi ilə ”AVİATOR” komandasında iştirak edərək “FlyTech” nöminasıyası üzrə I yerin qalibi olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi