Mayın 7-də məktəbimizdə 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbənin 70 illik yubileyi münasibətilə tədbir keçirildi.Tədbirdə II dünya müharibəsində əldə olunan qələbədə Azərbaycan xalqının və azərbaycanlı hərbçilərin əvəzsiz rolundan danışıldı. Sonra 1941-1945-ci illər müharibəsində veteranlarımız və onların şərəfli döyüş yolları haqqında məktəblilər və tamaşaçılar məlumatlandırıldı. Tədbir bədii hissə ilə sona çatdı.