20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı tədbirlər keçirildi

Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı əmrinə əsasən, məktəbimizdə Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olan şəhidlərin xatirəsinə həsr olunan geniş tədbirlər həyata keçirildi.Son günlərdə məktəbin müxtəlif siniflərində təhsil alan şagirdlərimiz 20 Yanvar faciəsinin qurbanlarının uyuduğu müqəddəs Şəhidlər xiyabanını ziyarət ediblər. Vətən, müstəqillik uğrunda canından keçən şəhidlərimizin xatırəsi böyük ehtiramla yad edilib. Məktəbin foyesində 20 Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisi təşkil edildi. Sərgidə xalqımızın yaddaşına şərəfli və qanlı hərflərlə yazılmış yanvar hadisələri ilə bağlı rəsm əsərləri nümayiş etdirildi.Yanvarın 19-da "ŞƏHİDLƏRİMİZİN RUHU BİZİ SƏSLƏYİR " adlı anım tədbiri keçirildi. Əvvəlcə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra 20 Yanvar faciəsinə həsr olunan qısa sənədli film nümayiş etdirildi. Tədbirdə məktəblilərin ifasında 20 Yanvar faciəsini əks etdirən səhnələr təqdim olundu. Məktəbin direktoru İlqar Talıbov çıxışında 20 Yanvar hadisələri barədə danışaraq Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi