İlin pedaqoji lideri

   

    Məktəbin ingilis dili müəllimi Solmaz Süleymanova Dubayda keçirilən Qlobal Təhsil Mükafatları beynəlxalq müsabiqədə iştirak edib. Solmaz Süleymanova "İlin pedaqoji lideri" nominasiyası üzrə qalib adına layiq görülüb. O,  kubok, sertifikat və döş nişanı ilə mükafatlandırılıb..

    Müsabiqədə dünyanın 100-dən çox ölkəsindən seçilmiş müəllimlər iştirak edib. Onlardan 60-ı müxtəlif nominasiyalar üzrə qalib olub.

Mükafatlandırma mərasimində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Baş Konsulluğunun III katibi Xanlar Paşazadə, bir çox ölkənin nümayəndələri və qalib müəllimlər iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi