“eTwinning” LAYİHƏSİNƏ START VERİLDİ

2016-2017 ci tədris ili məktəbimizin şagird və müəllim kollektivi üçün əlamətdar hadisələrlə zənginləşməkdədir. Məktəbimizdə həyata keçirilən layihələrə daha bir Beynəlxalq layihə də əlavə olundu. “Gələcək Sizinlədir ” ingilis dilində danışıq klubunun rəhbəri, ingilis dili müəllimi Solmaz Süleymanova klub üzvləri ilə eTwinning layihəsinə qoşulmuşlar. Artiq şagirdlərimiz layihəyə daxil olan müxtəlif mövzular üzərində çalışmağa başlamışlar. eTwinning- Avropa ölkələrinin müəllim və şagirdlərini birləşdirən bir sosial şəbəkədir. Bu layihənin əsas məqsədi Avropa ölkələrində yaşayan müəllimlərin və şagirdlərin bir – biri ilə əlaqə qurması, iş birliyi yaratması, öz layihlərini inkişaf etdirməsi, biliklərin bölüşməsi üçün əvəzolunmaz Elmi cəmiyyətdir. Bu layihə 2005- ci ildən fəaliyyət göstərir. 2014-cü ildən Erasmus Avropa təhsil proqramı ilə əməkdaşlıq edir. Otuz Avropa ölkəsinin Təhsil Nazirlikləri ilə əməkdaşlıq edir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi