Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirildi

29 dekabr 2016-cı idə Nizami rayonu Uşaq Gənclər Mərkəzinin məktəbimizdə fəaliyyət göstərən şagirdlərimizdən ibarət “Uşaq teatr studiyası”nın təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə “HEYVANLARIN SÖHBƏTİ” adlı musiqili tamaşa təqdim edildi. Tamaşada sevimli nağıl və cizgi filmlərinin qəhrəmanlarının bir-birindən maraqlı çıxışları - səhnəciklər, oynaq, şux mahnılar, rəqslər tamaşaya toplaşan uşaqlara əsl bayram əhvali-ruhiyyəsi və hədsiz sevinc bəxş etdi. Tamaşanın sonunda dərnək rəhbəri Tahirə Məmmədova çıxış edərək məktəb rəhbərliyinə göstərdikləri köməyə görə təşəkkür etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi