“ŞƏHİDLİK BİR ZİRVƏDİR” ADLI TƏDBİR KEÇİRİLDİ

Dekabrın 25-də məktəbimizin fəxrlə adını daşıdığı Namiq Həmzəyevin anadan olmasının ildönümü münasibətilə “ŞƏHİDLİK BİR ZİRVƏDİR” adlı tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Qarabağ döyüşlərində şəhid olmuş Namiq Həmzəyevin həyatı və onun döyüşlərdə göstərdiyi şücaətlərləri haqqında çıxışlar etdilər. Şagirdlər öz çıxışlarında bildirdilər ki, zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Zamanın gedişində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Allaha, Vətənə, millətə sevgisi oldugu üçün sonda Allahın rizasını qazanaraq şəhadət mərtəbəsinə ucalırlar. Namiq Həmzəyev də məhz bu mərtəbəyə ucalan Vətənoğludur. Tədbirin sonunda şəhid anası çıxış edərək şagirdlərə və məktəb kollektivinə öz təşəkkürünü bildirdi.