“SAĞLIĞINDA QİYMƏT VERƏK ...”

25 aprel 2015-ci il tarixdə məktəbimizdə “SAĞLIĞINDA QİYMƏT VERƏK ...” adlı tədbir oldu. Tədbirdə tamaşaçılar arasında məktəbimizin təqaüdə çıxmış qocaman müəllimləri və sevimli bəstəkar Bəhram Nəsibovun ailə üzvləri də var idi.Tədbir məktəbimizin 50 illiyinə həsr olunmuş silsilə tədbirlərdən biri idi. Adından göründüyü kimi bu tədbir bizi unutqan olmamağa çağırır. 3 hissədədn ibarət tədbirin 1-ci hissəsi şəhidlərimizə həsr olunmuşdur. Tədbirdə məktəbin şəhid olmuş müəllim və şagirdlərinin adları anılaraq, bir dəqiqəlik sükutla yad edildi. 2-ci hissə məktəbimizin təqaüdə çıxmış qocaman müəllimlərinə həsr olunmuşdur. Onlar bu dəvətin çox sevindirici olduğunu söylədilər və məktəb müdiriyyəti ilə tədbir təşkilatçılarına təşəkkür etdilər. Qocaman müəllimlərimizə şagirdlər tərəfindən gül dəstələri bağışlanıldı.3-cü hissə isə bədii hissə idi. Tədbrdə ifa olunan mahnıların əksəriyyətinin müəllifi unudulmuş bəstəkar Bəhram Nəsibova həsr olunmuşdur. Tədbirdən bəstəkarın həyat və yaradıcılığını əks etdirən video görüntülər izlənildi. Sonra bəstəkarın mahnıları məktəblilər tərəfindən ifa olundu. Şagirdlərin gözəl ifaları tamaşaçıları heyran etdi.