ZAHİD XƏLİL MƏKTƏBİMİZİN QONAĞI OLUB

Azərbaycan Respublikası təhsil naziri M.Cabbarovun 14 dekabr 2014-cü il “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı əmrinin icrası ilə bağlı , 22 aprel 2015-ci ildə məktəbimizdə “GƏLƏCƏYİMİZ KİTAB OXUMAQDAN ASILIDIR” adlı tədbir keçirildi. Tədbirdə uşaqların sevimlisi, uşaq şair-yazıçısı, APDU-nun Azərbaycan ədəbiyyatı təbliği və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zahid Xəlil, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Uşaq Ədəbiyyatı tədqiqatçısı, tərcüməçi Fizuli Əsgərli, tanınmış ədəbiyyatşunas, filologiya elmlər doktoru, professor Nizami Tağısoy, F.Köçərli adına Respublika Uşaq Kitabxanasınin direktoru Şəhla Qəmbərova və başqaları iştirak etdilər. Tədbiri giriş sözü ilə məktəbin direktoru İ.Talıbov açdı. Sonra məktəbimizin ibtidai sinif müəllimi İ.Bayramovanın “Gələcəyimiz kitab oxumaqdan asılıdır” mövzusunda təqdimatı oldu. Tərbiyə işləri üzrə direktor müavini R.Heydərova isə il ərzində məktəbdə mutaliə ilə bağlı keçirilən layihələr haqqında tamaşaçılara məlumat verdi. Söz balacalara verildi. Balacaların ifasında Zahid Xəlil yaradıcılığını əks etdirən səhnəcikər, söylənilən şeirlər tamaşaçılar tərəfindən alqışla qarşılandı. Uşaqların Zahid Xəlil yaradıcılığına olan sevgisi müəllifi duyğulandırdı. Qonaqlar Zahid Xəlil yaradıcılığının zənginliyindən bəhs edərək, məktəb kollektivinə belə tədbir təşkil etdikləri üçün təşəkkür etdilər. Sonda kiçikyaşlı məktəblilər şair və qonaqlarla xatirə şəkli çəkdirdilər.