"Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla şagirdlərin görüşü keçirildi

23 noyabr 2016-cı il tarixdə məktəbimizdə "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla şagirdlərin görüşü keçirildi.Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər arasında azərbaycançılıq ideyasının təşviqinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində həyata keçirildi. Tədbirlərdə "Kür-Xəzər" xeyriyyə ictimai birliyinin rəhbərliyi ilə yanaşı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Mikayıl Müşfiq" və "Qızıl qələm" mükafatları laureatı Oqtay Rza, dosent Mətləb Əlizadə, 20 Yanvar cəmiyyətinin sədr müavini Mustafa Əliyev və QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə iştirak etdilər. Görüşdə ulu öndər Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyasının ölkəmizin ərazisində yaşayan bütün xalqları və milli azlıqları Azərbaycanın ümumi inkişafı naminə fəaliyyətə yönəldən, ölkəmizi işıqlı gələcəyə aparan bir ideologiya olduğu qeyd edildi. Şair Oqtay Rza tərəfindən vətənpərvərlik və Azərbaycanla bağlı şerlər səsləndirildi.Müzakirələrdə şagirdlər aktiv iştirak edərək öz fikirlərini bildirdilər.Təşkilat tərəfindən "Azərbaycançlıq - milli ideologiyamız" bülleteni, müəlliflər tərəfindən isə kitablar məktəbimizin kitabxanasına hədiyyə edildi.Görüşün sonunda "Kür-Xəzər" xeyriyyə ictimai birliyinin rəhbərliyi tədbirin təşkilində göstərdiyi dəstəyə görə məktəbin direktoru İlqar Talıbova minnətdarlığını bildirdilər.