“Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız” mövzusunda tədbir keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə 18 noyabr, 2016-cı il tarixində “Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız” mövzusunda tədbir keçirilib.Tədbiri giriş sözü ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova açaraq bildirib ki, uşaqların sağlam və xoşbəxt böyüməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan mühüm məsələdir. Beynəlxalq təşkilatlar tərəfindən ötən əsrin 50-ci illərindən başlayaraq onların hüquqlarının müdafiəsinə və problemlərinə xüsusi diqqət ayrılıb. Çünki uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir.Tədbirdə çıxış edən İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Faiq Ağayev ölkəmizdə uşaq hüquqlarının qorunması ilə bağlı mükəmməl qanunvericilik bazasının mövcud olduğunu və uşaqlar arasında aparılan maarifləndirici tədbirlərdən danışıb.Tədbirdə, həmçinin, uşaqlar arasında elan edilmiş müsabiqəyə uyğun olaraq uşaq hüquqları ilə bağlı məsələləri, onların fikirlərini özündə birləşdirən ən uğurlu təqdimatlar da nümayiş də olunub.Sonda fəal uşaqlar Komitə tərəfindən diplomlarla təltif edilib. Məktəbimizin 9-cu sinif şagirdi Əliyeva Zeynəb da bu fərqlənənlər arasında olmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi