“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin I Respublika Ekoloji Müsabiqəsinin final mərhələsi keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ekspert dəstəyi ilə “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda 17-18 noyabr 2016-cı il tarixlərində “Bakı Biznes Mərkəzində” yekun müsabiqəsi keçirildi. Respublika tədbirində 9 nominasiya “Meyvəçilik”, “Arıçılıq”, “Heyvandarlıq”, “Meşə məhsulları”, “Tərəvəzçilik”, “Subtropik bitkilər”, “Gülçülük”, “Dənli bitkilər”, “Balaca fermer” nominasiyaları üzrə 1500 iştirakçıdan 91 məktəbli yekun mərhələsində iştirak etdi. “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” müsabiqəsinin iştirakçıları 17 noyabr 2016-cı il tarixdə Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Ecology” 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi ilə tanış oldular. Bu musabiqədə məktəblilərimiz də iştirak edərək diplomlarla təltif olundu. “Gülçülük” üzrə Əlizadə Fidan (kollektiv) I yerin və “Tərəvəzçik” üzrə isə Nəcəfova Zərnigar III yerin qalibi oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi