9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə “BAYRAĞIMIZ QÜRUR MƏNBƏYİMİZDİR” adlı tədbir keçirildi

Noyabr 7-də məktəbimizdə 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə “Bayrağimiz qürur mənbəyimizdir” adlı tədbir keçirildi. Tədbirdə dövlətimizin əsas atributlarından sayılan üçrəngli bayrağımızın tarixinə ətraflı nəzər salınmış, onun sonsuz qürur mənbəyi olduğu vurğulanmış, bayraqla, tariximizlə bağlı müxtəlif videoçarxlar nümayiş etdirilmişdir. Qeyd olunmuşdur ki, ölkəmizin hər yerində 9 Noyabr - Dövlət Bayrağı Günü böyük təntənə və iftixar hissi ilə qeyd edilir. Azərbaycan bayrağı tarixin müxtəlif sınaqlarına baxmayaraq, qədim məmləkətimizi dünyaya tanıdan rəmzlərdən biridir. Onu qorumaq hər bir azərbaycanlının borcudur. Sonra məktəblilərin ifasında rəngarəng musiqi nömrələri səsləndirilmiş, məktəbin istedadlı gəncləri tərəfindən Dövlət bayrağımıza həsr edilmiş şeirlər oxunmuşdur.