“PİYADA- HƏRƏKƏT İŞTİRAKÇISIDIR” maarifləndirici tədbir keçirilib

Paytaxtımızda yol nəqliyyat hadisələrinin qarşısını almaq üçün sürücü , piyada və sərnişinlərin, xüsusən də şagirdlərin maarifləndirilməsi vacib məsələlərdəndir. Bu məqsədlə məktəblərdə yol təhlükəsizliyi mövzusunda maarifləndirici tədbirlərə start verilib. Belə tədbirlərdən biri məktəbimizdə 3 noyabr 2016-cı ildə keçirildi. “PİYADA- HƏRƏKƏT İŞTİRAKÇISIDIR” adlı maarifləndirici tədbiri məktəbin direktoru İlqar Talıbov qonaqları təqdim edərək açıq elan etdi. O, yol hərəkəti qaydalarına əməl olunmasının vacibliyini, belə tədbirlərin məktəbətrafı ərazilərdə təhlükəsizlik mühitinin yaradılmasına xidmət etdiyini bildirdi. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov son illər yol təhlükəsizliyi ilə bağlı tədbirlərin miqyasının artması və təbliğat işlərinin aparılmasının, qeydə alınan yol hərəkət hadisələrinin azalmasında əhəmiyyətini xüsusilə vurğuladı. “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov şagirdlərə küçə və yollarda təhlükəsizlik vərdişlərinin aşılanması, yol hərəkəti haqqında qanunun tələbləri, nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə maarifləndirici məlumatlar verdi. Tədbirdə şagirdləri maraqlandıran suallara cavablar verildi.