2 APREL-BEYNƏLXALQ UŞAQ KİTAB GÜNÜ

2 APREL-BEYNƏLXALQ UŞAQ KİTAB GÜNÜ münasibəti məktəbimizin 4c sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq kitabxanasında olublar. Uşaqlar ilk dəfə kitabxana ilə tanış olurdular. Şöbələrin işləri, kitab sərgisi ilə yaxından maraqlanıb, uşaq yazıçıları haqqında məlumat aldılar. Sonra isə məktəblilər oxu zalında sevdikləri kitablardan parçalar oxudular. Nağıl otagında nagıl personajları ilə tanış oldular. Səsli nağıllar dinlədilər. Kitabxananın əməkdaşı Almaz xanım kitabxanada olan kitablar haqqında məlumat verərək, kitabları sevməyi və qorumağı uşaqalara tövsiyyə etdi. Sonra isə kitabxana rəhbərliyinin təşəbbüsü ilə hər bir şagirdə kitabxananın “Göy qurşagı” jurnalı hədiyyə edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi