18 OKTYABR- DÖVLƏT MÜSTƏQİLLİYIMİZİN XXV İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ “MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR” ADLI TƏDBİR KEÇİRİLDİ

18 Oktyabr- Dövlət Müstəqilliyimizin XXV ildönümünə həsr olunmuş “MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR” adlı tədbir keçirildi. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsm sərgisi və video çarx nümayiş olundu. Məktəblilər öz çıxışlarında müstəqilliyimizin keçmişini və bu gününü tamaşaçılara çatdırdılar. Şagirdlərin ifasında Azərbaycanın üç rəngli bayrağını, vətənpərvərliyi özündə təbliğ edən şeirlər, mahnılar səsləndirildi.Tədbirin sonunda məktəbin direktoru İlqar Talıbov çıxış etdı. O tədbir iştirakçılarını ürəkdən təbrik edərək, 18 oktyabr 1991-ci ilin Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı olduğunu, bu müstəqillik aktı qəbul olunduqdan sonra ölkədə siyasi vəziyyətin normallaşdığını və Azərbaycanın müstəqil bir dövlət kimi formalaşmasına böyük təkan verdiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. İlqar müəllim öz çıxışında bu müstəqilliyin qorunub saxlanılmasında əvəzsiz rolu olan, Azərbaycanın gündən-günə güclənən siyasi və iqtisadi potensialının formalaşmasının əsasını qoyan Ulu Öndərimiz Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışdır. Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndərin siyasi kursunun bu gün də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.