15 SENTYABR – BİLİK GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBIR KEÇİRİLDİ

15 sentyabr – Bilik Günü münasibətilə məktəbimizdə tədbir keçirildi. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva tədbirdə iştirak etdi. A.Qasımov və S.Vəliyeva yeni tədris ili münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik etmiş, məktəblərin kollektivlərinə və şagirdlərə yeni dərs ilində uğurlar arzulamışlar. Həmçinin məktəbimizdə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən əlavə tədris korpusu tikildiyi, məktəbin özünün isə həmin proqrama uyğun olaraq 2014-cü ildə əsaslı təmir olunduğu diqqətə çatdırılmışdır.