31 mart Azərbaycanlıların soyqırım günüdür

1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Martın 31-də məktəbimizdə 31 mart-azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirin iştirakçıları əsrlər boyu erməni şovinistlərinin Azərbaycana qarşı irəli sürdükləri əsassız ərazi iddialarından, törətdikləri vəhşiliklərdən, xalqımızın başına gətirilən müsibətlərdən söz açmış, soyqırımı aktlarının dünya ictimaiyyəti tərəfindən tanınmasının vacibliyindən və bu istiqamətdə dövlətimizin həyata keçirdiyi tədbirlərdən danışmışlar. Dövlətimizin apardığı siyasətin nəticəsidir ki, indi hər bir məktəbli 31 mart azərbaycanlıların soyqırımı gününü unutmur və unutdurmur. Məkətəblilər erməni vəhşiliklərinə olan nifrətlərini söylədikləri şeirlərində və göstərdikləri səhnəciklərdə bir daha əks elətdirdilər. Tədbirdə 31 mart soyqırımından və Qarabağ savaşından bəhs edən slayd və filmlər nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi