KİÇİK AKADEMİYANIN I ŞAGİRD KONFRANSI KEÇİRİLDİ

18 iyun 2016-cı ildə məktəbimizdə Kişik Akademiyanın I şagird konfransı keçirildi. Kiçik Akademiya 05.12.2015-ildən məktəbdə fəaliyyət göstərməyə başlamışdı. 153 şagird test üsulu ilə Kiçik Akademiyaya qəbul edilmiş,bu şagirdlər arasından 36 şagird Kiçik Akademiyanın elmi yaradıcı şurasının tərkibinə və olimpiada komitəsi katibləri və digər vəzifələrə cəlb olunmuşdur.39 Müəllim Kiçik Akademiyanın elmi rəhbərləri və olimpiada komitəsində fəaliyyət göstərməktədir. Elmi işlər 01.02.2016 - 01.03.2016 qədər Kiçik Akademiyada qeydiyyatdan keçirildi. 01.03.2016 – 30.05.2016 qədər elmi işlərin Seminarları müxtəlif bölmələr üzrə təşkil edilmişdi.Kiçik Akademiyanın qeydiyyatından 92 iş keçərək 47 elmi iş seminarlarda qəbul edildi və Kiçik Akademiyanın I konfransına təqdim edildi. Konfrans 10-da başlayıb 14.00-da başa çatdı. Konfransa ali məktəblərdən, orta məktəblərdən və liseylərdən qonaqlar dəvət olunmuş və musiflər heyətinin tərkibini təşkil etmişdi. Konfransa təqdim olunan işlər hər bölmə üzrə dinlənilərək müzakirə olundu. Elmi işlər I, II, III yerlərə layiq görülərək mükafatlandırıldı. Konfrans bədii hissə ilə sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi