"FƏNLƏRİN BİRLİYİ" ADLI TƏDBİR KEÇİRİLDİ

8 iyun 2016-cı ildə məktəbdə 3b sinif şagirdlərinin iştirakı ilə “FƏNLƏRİN BİRLİYİ” adlı tədbir keçirildi. Tədbirdə balaca məktəblilər dərs ili müddətində bütün fənlərdən öyrəndiklərini şeir, mahnı, bayatı və səhnəcik şəklində tamaşaçılara çatdırdılar. Tədbirin təşkilatçısı Sədaqət Aslanova bildirdi ki, tədbiri keçirtməkdə məqsədimiz hər bir fənnin gərəkli və bir biri ilə bağlı olduğunu tamaşaçılara çatdırmaq və bütün fənlərin şagirdlər tərəfindən sevilməsinə nail olmaq idi. Şagirdlərin rəngbərəng çıxışlıarı böyük maraqla qarşılandı. Tədbirin sonunda məktəbin direktoru İlqar Talıbov çıxış edərək, 3b sinif şagirdlərini dərs ilini uğurla bitirdiklərinə görə təbrik etdi və tədbiri təlim ilinin yekunu kimi qiymətləndirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi