"Yay məktəbi"ndə bir gün

16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkil edilməsi nəzərdə tutulmuşdur. Qeyd edək ki, “Yay məktəbi”nin keçirilməsində əsas məqsəd mövcud vəziyyətlə əlaqədar şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsidir.

Yay məktəbi"ndə şagirdlərin vaxtlarını səmərəli keçirilməsi üçün məktəbdə bütün şərait yaradılıb.Yay məktəblərində şagirdlər həm öyrənir, həm də əylənirlər. Onlar üçün "Yay məktəbi”ni daha yaddaqalan etmək üçün oyun xarakterli bilik yarışları ilə bərabər idman oyunları da keçirilir.

Müəllimlər tərəfindən "Yay məktəbi”ndə açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər də həyata keçirilib. Bu dərslərdə şagirdlər öz intellektlərini, zəkalarını da artırırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi