Peşə məktəblərinin rəhbər nümayəndələri ilə onlayın görüş

Ali təhsil ardınca deyil, sevdiyimiz və bacardığımız peşənin ardınca gedək! Dahi Nizami Gəncəvi demişkən

Kamil bir palançı olsada insan

Yaxşıdır yarımçıq papaqçılıqdan

Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin hamısı üçün isə zəruri olan müəyyən qabiliyyətlərin olması vacibdir. İstənilən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır. Övladlarımıza zamanınada düzgün peşə seçməsi üçün dəstək olmaq bugün hər bir valideynin və müəllimin mənəvi borcudur. Peşə məktəbləri haqqında doğru və tam maarifləndirici məlumat vermək üçün bugün 238, 32 və 70 nömrəli məktəblərin şagirdlərinin müəyyən olunmuş peşə məktəblərinin rəhbər nümayəndələri ilə onlayın görüşü keçirildi. Görüşdə 238 nömrəli məktəbin direktoru X. Osmanova, 32 nömrəli məktəbin direktoru S. Abdullayeva və 70 nömrəli məktəbin direktoru Ü.İsmayılova, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin nümayəndəsi Ə.Musayev, Texnika və Texnalogiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzinin nümayəndəsi R. Allaverdiyeva, V.Balakişiyev, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndəsi N. Mahmudova və Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi nümayəndəsi B. Seyidova, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi nümayəndəsi N.Allahverdiyeva və 238, 32, 12 nömrəli məktəblərin şagird və valideynləri iştirak etdilər. Görüşü giriş sözü ilə 238 nömrəli tam orta məktəbin direktoru X.Osmanova açaraq qonaqları və valideynləri salamladı. Peşə mərkəzlərinin nümayəndələri məktəblərində olan ixtisaslar və təhsil sistemi haqqında şagirdlərə tam və hərtərəfli məlumat verib valideyn və şagirdlərin suallarını cavabladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi