“ Nizami 880 ”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il klassik Azərbaycan şairi “ Nizami Gəncəvi ili ” elan edilmişdir. Məktəbimizin qardaşlaşdığı Canaqqala şəhərində yerləşən 75 Yıl ilk okulu dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyini qeyd etmək məqsəsdilə “ Nizami 880 ” adlı ədəbi-musiqili gecə hazırladı. Qardaş məktəbin müəllimləri dahi şairin həyat və yaradıcılığını araşdırıb şeirlərini Azərbaycan dilində söyləməyə çalışdılar. Tədbirə bir sıra dəyərli qonaqlar dəvət olunmuşdur.
Türkiyənin Çanaqqala şəhərinin Ezine milli eyitim müdiri Orhan Akman və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzinin rəhbəri İlkin Həsənov və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Sevinc Əzimova da dəvət olunan qonaqlar arasında idilər. Tədbirdə hər iki məktəbin müəllim kollektivi iştirak etdi. 75 Yıl ilk ökülünün müdiri Bahadır Çağatay qonaqları dahi şairini şeiri ilə salamladı. 238 nömrəli tam orta məktəbin direktoru Xuraman Osmanova tədbirin sonunda çxış ederek dəvət olunmuş qonaqlara və qardaş məktəbin müəllim kollektivinə bu gözəl gecə üçün təşəkkürünü bilidirdi.