" Düzgün ixtisas seçimi necə olmalıdır " mövzusunda onlayn təlim

Özünə uyğun peşə seçmək, necə insan olduğunu və maraqlarını müəyyən etmək, qəbul dövründə ən mühüm mərhələlərdən biridir. Bu mərhələdə abituriyentlərə kömək etmək məqsədilə peşəkardan məsləhət almaq gələcək həyatımızda uğur qazanmaq üçün ən gözəl şansdır. Şagirdlərə bu mövzu ilə bağlı dəyərli tövsiyyələrini vermək üçün qonağımız fəlsəfə doktoru, istedad analitiki və karyera mütəxəssisi Roman Mamedov oldu. Peşəkar koç,PhD(c) Roman Mamedov 20 may tarixində məktəbimizin IX-XI sinif şagirdlərinə " Düzgün ixtisas seçimi necə olmalıdır " mövzusu ətrafında onlayn təlim keçdi. Şagirdlərə gələcək həyatlarında sevdikleri peşənin sahibi olmaları üçün bugün düzgün qərar vermələrinin nə qədər önəmli olduğunu vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi