"Qardaş məktəb" layihəsi çərçivəsində tədbir

Aprelin 21-də N. Həmzəyev adına 238 nömrəli tam orta məktəb "Qardaş məktəb" layihəsi çərçivəsində Türkiyə Respublikasının Çanaqqala şəhərində yerləşən 75 Yıl İlk okulunun şagird və müəllim kollektivi ilə birlikdə onlayn görüş keçiirldi. Görüş "23 Aprel Milli Suverenlik və Uşaq bayramı"na həsr olunmuşdur. Tədbiri açılış sözü ilə məktəbin direktoru Xuraman Osmanova açdı. O, qardaş məktəbin müəllim və şagirdlərini salamlayaraq, uşaqların bayramını təbrik edib, xoş arzularını çatdırdı. Sonra qardaş məktəbin direktoru Bahadır Çağatay çıxış edərək qardaş məktəbin müəllim və şagirdlərini salamlayıb, bayram təbriklərini çatdırdı. Proqrama əsasən qardaş məktəbin müəllim və şagird heyəti ilk öncə Bakıya virtual səyahət etdilər. Sonra şagirdlərin hazırladığı, 238 nömrəli məktəbi əks etdirən videoçarx təqdim olundu. Tədbir bir-birinin ardınca şagirdlərin hazırladıqları rəqs, mahnı və musiqi nömrələri ilə davam etdi. Eyni zamanda Çanaqqala məktəbinin şagirdləri də öz bayram təbriklərini şeir və çıxışlarlarla ifadə etdilər. Hər iki məktəbin şagird və müəllim kollektivi qardaşlıq körpüsünü bayram şənliyi üzərində qurdular.