Vətən müharibəsi – Qarabağ zəfəri

    Fevralın 10-da  Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında II Qarabağ müharibəsinə həsr olunmuş “Vətən müharibəsi – Qarabağ zəfəri” mövzusunda inşa yazı müsabiqəsinin 2-ci mərhələsi keçirilib.

    Onlayn keçirilən tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və şöbənin əməkdaşları, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, məktəb direktorları, məktəblərin müəllimləri və şagirdlər iştirak ediblər.

    Müsabiqənin 2-ci mərhələsinin nəticələrinə əsasən məktəbin  10-cu sinif şagirdi Arzu Əliyeva fərqlənərək Bakı şəhər mərhələsinə vəsiqə qazanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi