Yarım qalmış arzular

Məktəbin 6“C” sinif şagirdi Mehdizadə Nəzrinin azğın ermənlərin Gəncə şəhərində törətdikləri terror hadisəsini zaman keçsə də  unutmamış. Bu hadisələrdən təsirlənən vətənpərvər Nəzrin  Erməni terrorunun uşaqlara yaşatdığı acıları, ağrıları öz  hekayəsində canlandırmağa çalışıb. Nəzrinin istəyi odur ki, qoy bütün uşaqların arzuları yarım qalmasın.....

Yarım qalmış arzular

    Aydın gecə idi. Sakit və səssiz. Anamla sabahkı ad günümə hazırlaşırdıq. Çox sevinirdim. 15 yaşımı böyük həvəslə gözləyirdim. Qonaqların gətirəcəyi hədiyyələri düşünürdüm. Birdən böyük bir uğultu qopdu...

            O səssiz, sakit gecə dəhşətli bir gecəyə çevrildi. Qan içində yerdə uzanmışdım. Ətrafda qışqırıq səsləri eşidirdim. Qorxu və vahimə içərisində nə olduğunu anlamağa çalışırdım. Dağıntılar altından çıxmaq istəsəm də üzərimdə olan beton parçalarının ağırlığından tərpənə bilmədim.  Atam, anam, nənəm və qardaşımdan xəbərsiz qaldım. Çağırmaq istəsəm də səsim çıxmırdı. Zərbənin təsirindən nitqim tutulmuşdu. Hönkür – hönkür ağlayırdım. Onları itirəcəyimdən çox qorxurdum.

            Gözümü açanda xəstəxanada idim. Həkimlər başımın üstündə idi. Atamı çağırdım, anamı istədim həkimlər cavab vermədi. Məni sakitləşdirməyə çalışırdılar. Birdən qardaşımın xırıltılı səsini eşitdim. Mübariz məni səsləyirdi. Yan tərəfdəki çarpayıda yaralı vəziyyətdə uzanan qardaşımı gördüm. O, baş nahiyyəsindən ağır, bədənindən isə müxtəlif zədələr almışdı. İstədim əlimi qardaşıma uzadım. Amma...

            15 yaşımın ilk günü – sol qolumdan məhrum olmuşdum. Düşmənin atdığı raket nəticəsində atamla anam həmin an, nənəm isə xəstəxanada dünyasını dəyişmişdi. Qalmışdıq ikimiz – Mübariz və mən.

            Nə anam var nə atam. Sanki dünya məndən küsmüşdü. Onlarsız çox darıxırdım. Bir gecə içində əzizlərimi itirmək böyük bir dərd idi. Bundan sonrakı həyatımızı düşünə bilmirdim. 5 yaşlı Mübarizin məndən başqa heç kimi qalmamışdı. Çətin də olsa bir – birimizdən ayrıldıq. Həkimlərdən biri qardaşımı övladlığa götürdü. Məni isə Xudayar əmim apardı. Zəhra bibim mənə çox qayğı göstərirdi. Ancaq çəkdiyim ağrıları unuda bilmirdim. Hər gün pəncərənin qarşısında dayanıb səmada atamla anamın mənə baxdığını, Mübarizin isə məni çağırdığını hiss edirdim.

            Erməni terroru nəticəsində neçə ömrün arzuları yarım qaldı... 

            Bütün şəhidlərin ruhuna həsr edirəm.

    

Bakı şəhəri Nizami rayonu

            Namiq Həmzəyev adına 238 saylı məktəbin 6c sinif şagirdi

                                                                       Mehdizadə Nəzrin Pərviz qızı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi