“XALQA BAĞIŞLANMIŞ ÖMÜR” adlı tədbir keçirildi

10 may 2016-cı il tarixində məktəbimizdə 4d sinif şagirdlərinin iştirakı ilə “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “XALQA BAĞIŞLANMIŞ ÖMÜR” adlı tədbir keçirildi. Tədbirdə şagirdlər Ulu Öndərə həsr edilən mahnı və şeirlər söylədilər. Öndərin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verdilər. Sonda məktəbin direktoru İlqar müəllim çıxış edərək bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. Ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.