Qanlı Yanvar

Məktəbdə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş bir sıra silsilə tədbirlər keçirildi. Yanvarın 17-də “Qanla yazılmış azadlıq salnaməmiz” adlı ədəbi-bədii kompozisiyada, məktəb kitabxanasında  7 “D” sinif şagirdlərinin 3-cülər üçün hazırladıqları çıxışlarında, “20 yanvar faciəsi uşaqların gözü ilə” rəsm sərgisində və yuxarı siniflər tərəfindən keçirilən dəyirmi masalarda 20 yanvar şəhidləri  hüzünlə yad edildi. Bildirildi ki həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilmiş vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi hər zaman bəşər tarixində qara səhifə olaraq qalacaq.

Məktəblilər Şəhidlər xiyabanını ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi