Valideynin məktəbdə bir günü

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 26.11.2019-cu il tarixli F-448 nömrəli əmrinə əsasən dekabrın 18-də valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi məqsədilə məktəbdə “Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirildi. Valideynlər ilk növbədə məktəbin foyesinə toplaşdılar. Məktəbin Direktoru Xuraman Osmanova çıxış edərək günün mahiyyəti haqqında məlumat verdi. Valideynlər tədris prosesi ilə yaxından tanış olmaq üçün dərslərdə iştirak etdilər. Dərslər bitdikdən sonra valideynlər öz təəssüratlarını bölüşərək layihənin əhəmiyyətindən danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi