"Şahin" hərbi - idman oyununun rayon mərhələsi keçirilmişdir

13 aprel 2015-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Niuzami Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların "N" saylı hərbi hissəsində "Şahin" hərbi-idman oyununun rayon mərhələsi keçirilib. Yarışda rayon üzrə 24 orta ümumtəhsil məktəbinin 336 şagirdi iştirak edib. Yarış şagirdlərin təntənəli marşla tribuna önündən keçərək onların sıra hazırlığının səviyyəsinin yoxlanılması ilə başlanıb. Sonra komandalar fiziki hazırlıq, maneənin dəf olunması, mülki müdafiə hazırlığı, tullanma, qaçış, çətin maneələri aşma kimi mərhələlərdə öz qüvvələrini sınayıblar. Yarışda məktəbimizin komandası II yerə layiq görülmüşdür.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi