“Qohumlararası nikahların fəsadları” mövzusunda məşğələ keçirilib

       Aprel ayının 17-də sağlam həyat tərzi, reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin aparılması məqsədi ilə məktəbin biologiya müəllimi Abdullayeva Asudə tərəfindən IX sinif qızları ilə “Qohumlararası nikahların fəsadları” mövzusunda məşğələ keçirilib. Məşğələdə təşkilatçı Əkbərova Bahar da iştirak edib.

      Müəllim qohumlar arasında nikah-baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında bağlanmış nikah olduğunu söyləyib. O, qeyd edib ki, bu cür ailələr adətən ailəyə aid var-dövlətin dağılmaması, ailə böyükləri arasındakı bağları qorumaq, qohumların evlilik və sosial-iqtisadi baxışlarının eyni olması səbəblərindən qurulur. Bəzən valideynlər belə evliliyin qurulması üçün övladlarına təzyiq də göstərirlər. Sonra Asudə müəllim belə nikahlar zamanı yaranan xəstəliklər haqqında məlumat verərək söyləyib ki,  qohumlararası evliliklərdə ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələ-sinir, ürək-damar, şəkər xəstəlikləri, əqli gerilik və s-dir.

     Məşğələdə iştirak edən təşkilatçı bu cür fəsaların qarşısını almaq üçün şagirlərə ilk öncə təhsil almağı, dünyagörüşlərini artırmağı, qohumlararsı nikahdan imtina etməyi məsləhət görüb.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi