“Təbiəti qoruyaq, plastikə yox deyək!”

Aprel ayının 17-də “Yaşıl dünya naminə həmrəylik ili” və “Təbiəti qoruyanlar” layihəsi çərçivəsində  məktəbin coğrafiya müəllimi Məlikova Aytəkinin rəhbərliyi altında VIII “B” sinif şagirdləri “Təbiəti qoruyaq, plastikə yox deyək!” adlı aksiya keçiriblər.  Aksiyanın keçirilməsinin əsas məqsədi planetimizi çirklənmədən qorumaq, sağlam yaşayış tərzini təbliğ etmək, şagirdlərə təbiəti, canlıları sevdirmək, onların qəlbində xeyirxahlıq hissləri oyatmaqdan ibarət olub.

Müəllim şagirdlərə plastik və polietilen məhsulların parçalanaraq yox olması üçün torpaqda 800, dənizdə isə 400 il vaxt lazım gəldiyini söyləyib.  Həmçinin o, qeyd edib ki, yarım əsrdən sonra da plastik məhlul torpağa qarışaraq onu çirkləndirməyə davam edir. Müəllim şagirdlərə plastik qablaşdırmadan daha az istifadəni məsləhət görüb.

Aksiya çərçivəsində şagirdlər məktəbyanı ərazini plastik tullantılardan təmizləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi