“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Dəyirmi masa” keçirilib

     Aprel ayının 16-da məktəbin coğrafiya müəllimi Məlikova Aytəkin tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” və “Təbiəti qoruyanlar” layihəsi çərçivəsində VIII “B” sinif şagirdləri ilə  “Dəyirmi masa” keçirilib. “Dəyirmi masa”nın keçirilməsinin əsas məqsədi şagirdlərin ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılmasından ibarət olub. “Dəyirmi masa”da məktəbin direktoru Abbasova Zümrüd və təşkilatçı Əkbərova Bahar da iştirak edib. Burada müəllim şagirdlərə təbiətin qorunmasının vacibliyi, suların təkrar istifadəsi, plastik tullantılar və radiasiya ilə bağlı məlumat verib. Şagirdlər mövzu ilə bağlı öz fikirlərini bölüşüb, müzakirələr aparıblar.

     “Dəyirmi masa”da hal-hazırda qlobal iqlim dəyişmələri və lokal problemlər də şagirlərin diqqətinə çatdırılıb.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi