“Erkən nikiahın fəsadları” mövzusunda məşğələ keçirilib

     Aprel ayının 16-da sağlam həyat tərzi, reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin aparılması məqsədi ilə məktəbin biologiya müəllimləri Abdullayeva Asudə və Bayramova Yeganə tərəfindən VIII sinif şagirdlərinin qızları ilə  “Erkən nikiahın fəsadları” mövzusunda məşğələ keçirilib. Məşğələdə təşkilatçı Əkbərova Bahar da iştirak edib.

      Məşğələdə Asudə müəllim 18 yaşadək şəxslə bağlanmış nikahın erkən nikah olduğunu söyləyib. O, qeyd edib ki, ailə qurmağa da hazırlaşmaq vacibdir və bu iş insandan müəyyən hazırlıq səviyyəsi tələb edir. Ailə məsuliyyətinin formalaşması gənclərdən həm vaxt, həm də ünsiyyət və davranış mədəniyyəti tələb edir.

Sonra Yeganə müəllim ailənin özünəməxsus funksiyalarından olan reproduktiv, təsərrüfat-iqtisadi, tərbiyə, bərpaedici funksiyalar barədə ətraflı məlumat verib.

     Məşğələnin sonunda Bahar müəllim erkən nikahların adətən təhsilsiz və mühafizəkar ailələrdə daha çox müşahidə olunduğunu söyləyib. O, şagirdləri təhsil almağa, dünyagörüşünü artırmağa səsləyib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi