“Cənubi Koreya Respublikası" mövzusunda təqdimat dərs keçirilib

            Aprel ayının 9-da məktəbin coğrafiya müəllimi Səmayə Vəliyeva tərəfindən VII “A” sinif şagirdləri ilə son zamanlar şagirdlər arasında ən çox sevilən və maraq dairəsinin artdığı Cənubi Koreya Respublikasına (CKR) həsr olunmuş təqdimat dərs keçirilib. Dərsdə məktəbin direktoru Zümrüd Abbasova, təşkilatçı Bahar Əkbərova da iştirak edib.

Dərsin keçirilməsinin əsas məqsədi CKR-ın milli dəyərləri, tarixi, adət ənənəsi haqqında yeni bilgilər əldə etməkdən ibarət olub. Şagirdlər araşdırma apararkən maraqlı faktları toplayıb video-slayd şəklində nümayiş etdiriblər. CKR-ın milli geyimində çıxış edən Q. Fatimə milli mətbəxi, geyimləri, yüksək vətənpərvərliyi, texnika və texnologiyanın yüksək səviyyədə inkişafı ilə seçilən bu ölkənin hər zaman öz adət və ənənəsini təbliğ etdiyini, milli dəyərlərini qoruyub saxladığını söyləyib. Şagirdlərdən M. Rəşad CKR-ın milli idman növü olan Taekvondo haqqında məlumat verib və  bəzi hərəkətlərini nümayiş etdirib.

               Sonra məktəblilər “Azərbaycanlı turist Koreyada” adlı səhnəciyi nümayiş etiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi