“Yeniyetmələrin sirləri” mövzusunda məşğələ keçirilib

               Aprel ayının 9-da sağlam həyat tərzi, reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin aparılması məqsədi ilə məktəbin biologiya müəllimi Abdullayeva Asudə və psixoloq Allahverdiyeva Xalidə tərəfindən IX sinif qızları ilə “Yeniyetmələrin sirləri” mövzusunda məşğələ keçirilib. Məşğələdə təşkilatçı Bahar Əkbərova da iştirak edib. Asudə müəllim şagirdlərə cinsi yetkinlik dövründə qızların orqanizmində başverən dəyişikliklər, qadın orqanizminin quruluşu, qadın gigiyenası və gigiyenik vasitələrin düzgün seçilməsi haqqında geniş məlumat verib.

               Psixoloq şagirdlərə yeniyetməlik dövründə orqanizmdə baş verən dəyişikliklər zamanı psixoloji durumun tez-tez dəyişməsinin normal hal olduğunu söyləyib.

               Məşğələnin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi