“Dəyirmi masa” keçirilib

    Mart ayının 29-da məktəbin tarix müəllimi Bəhruz Kərimov tərəfindən VIII “B” sinif şagirdləri ilə 31 Mart soyqırımı Gününə həsr olunmuş “Dəyirmi masa” keçirilib. “Dəyirmi masa”nın keçirilməsinin əsas məqsədi şagirdlərə xalqımızın tarixini tanıtmaq və gələcək nəsillərə ötürmək, onların vətənpərvərlik hissini daha da gücləndriməkdən ibarət olub.

“Dəyirmi masa”da soyqırıma məruz qalmış qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Burada təlim-tərbiyə işləri üzrə direktor müavini Nazim Əliyev və fənn müəllimi Failə Rüstəmova iştirak edib. Bəhruz müəllim   Azərbaycan xalqına qarşı yüz illər boyu davam edən soyqırım və təcavüz siyasətinin məqsədi, mahiyyəti və tarixi kökləri barədə ətraflı məlumat verib.

     O, qeyd edib ki, ermənilər yüzlərlə yaşayış məntəqələrini dağıdıb yerlə yeksan edib, minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetiriblər. Bu hadisələrin  təşkilatçıları, məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaradıblar. 31 Mart soyqırımına məhz 1998-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verilib.

     Sonra şagirdlər soyqırım haqqında hazırladıqları təqdimatları səsləndirib, mövzu ətrafında müzakirələr aparıblar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi