İlaxır çərşənbəniz mübarək!

    Mart ayının 19-da “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində ibtidai siniflərdə İlaxır çərşənbəsi qeyd olunub. Bayramın keçirilməsinin əsas məqsədi milli-mənəvi dəyərlərimizin qorunması, təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi və onların gələcək nəsillərə ötürülməsindən ibarət olub.

    Şagirdlər Novruz bayramına aid şeirlər, haxıştalar söyləyib, rəqslər nümayiş etdiriblər.  “Yumurta döyüşdürmə”, “Papaqatma”, “Kim tez yedi” kimi oyunlar keçirilib. Bahar bayramının presonajlarından olan Kosa və keçəlin gəlişi bayrama xüsusi zövq qatıb.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi