"Mən bir sönməz ulduzam ki..." adlı tədbir keçirilib

        Mart ayının 19-da “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində  dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor və  rejissor Cəfər Cabbarlının 125 illiyi münasibətilə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xələfova Kəmalə və kitabxana müdiri Həşimova Rəqsanə tərəfindən  məktəbin kitabxanasında X sinif şagirdləri ilə "Oqtay Eloğlu" faciəsinin müzakirəsi keçirilib. Müzakirədə ədəbiyyat müəllimi Cəfərli Seyran və kitabxanaçı Hüseynova Xəyalə də iştirak ediblər.

       Şagirdlər ilk olaraq ədibin həyat və yaradıcılığı, onun teatrımızın, mədəniyyətimizin inkişafındakı rolu, mübarizəsi haqqında ətraflı məlumat veriblər. Bundan sonra "Oqtay Eloğlu" əsəri təhlil edilib. Əsərdəki obrazlar, onların davranışları, insanların öz mənafeyini güdməsi, ikiüzlülük, teatrın inkişafındakı çətinlik, Oqtayın apardığı mübarizə, Firəngizin faciəsi haqqında müzakirələr aparılıb.

        Tədbirin sonunda şagirdlər müəllimlərin suallarını cavablandırıblar.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi