"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Novruz şənliyi keçirilib

    Mart ayının 18-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Novruz şənliyi keçirilib. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə və Qoruğun əməkdaşları, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayonununda fəaliyyət göstərən idarə, müəsissə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Burada çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov xalqımızın qədim adət-ənənələrinə söykənən Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib.

    Şənlikdə İ. Muradov adına 237 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi də iştirak edib. Burada şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olunub. Məktəblilər haxıştalar söyləyb, müxtəlif oyunlar nümayiş etdiriblər.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi