“Bütöv Azərbaycana ilk bahar gəlir” adlı tədbir keçirilib

         Mart ayının 15-də  “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində milli-mənəvi dəyərlərimizin qorunması, təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi məqsədi ilə  I-IX sinif şagirdlərinin iştirakı ilə “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və Dədə Qorqudun nəsihətləri ilə başlayıb. Tədbirdə şagirdlərin ifasında yanıltmaclar səsləndirilib, “Novruz”, “Bahar bayramı”, “Novruz gəlir, yaz gəlir” musiqiləri ifa edilib, “Xarıbülbül” rəqsi nümayiş olunub. VIII “A” sinifinin oğlanları Novruz bayramına aid meyxanalar söyləyiblər.  “Dəli Kür” filmindən “Bacadan torba sallamaq”  səhnəcik nümayiş olunub.

        Novruzun atributlarından olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.

        Tədbirin sonunda məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Əkbərova Bahar çıxış edərək müəllim və şagirdləri bayram münasibəti ilə təbrik edib.  

 

                

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi